Alzheimer xəstəsi rolunu canlandıran aktrisa həmin xəstəlikdən vəfat edib
15.08.2024

Alzheimer xəstəsi rolunu canlandıran aktrisa həmin xəstəlikdən vəfat edib

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Roulands 2019-cu ildən Alzheimer xəstəliyi ilə mübarizə aparırdı.

Bildirilib ki, 94 yaşlı Gena Roulands çərşənbə günü günortadan sonra Kaliforniyadakı evində ailəsi və yaxınlarının əhatəsində dünyasını dəyişib.

Qeyd edək ki, aktrisa 1974-cü ildə "Təsir altında olan qadın" və 1980-ci ildə "Qloriya" filmləri ilə "Oskar"a namizəd olub. Maraqlısı ondadır ki, “The Notebook” filmində Alzheimer xəstəsini canlandıran aktrisa həmin xəstəlikdən də vəfat edib.

Visiontv.az