Almaniya XİN rəhbəri Azərbaycana səfərə gəlir
17.11.2026

Almaniyanın xarici işlər naziri Yohann Vadeful noyabrın 17-də Azərbaycana, noyabrın 18-də isə Ermənistana səfər edəcək.

Bu barədə  Almaniyanın “Deutschlandfunk” radiosu  Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Almaniya  Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Vadefulun Bakıda keçirəcəyi görüşlərdə iyul ayında razılaşdırılmış strateji gündəliyin həyata keçirilməsi, Ermənistanla sülh prosesi və Rusiyanın Cənubi Qafqazdakı rolu əsas müzakirə mövzuları olacaq.

Almaniya  XİN rəhbəri noyabrın 18-də Ermənistana yollanacaq. İrəvanda keçiriləcək danışıqlarda ölkənin  Avropa İttifaqına yaxınlaşması və  Azərbaycanla münasibətlərin normallaşdırılması məsələləri də müzakirə olunacaq.

visiontv.az