Aİ Hörmüz boğazı üçün donanma missiyasını nəzərdən keçirir
16.03.2026

Aİ xarici işlər nazirləri blokun Qırmızı dənizdə hərbi missiyasının müddətinin uzadılmasını müzakirə edəcəklər. Bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas deyib. Məqsəd Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdir. Fevralın 28-də ABŞ və İsrail İrana hava hücumlarına başlayandan bu vacib su yolu ilə gəmilərin hərəkəti, əsasən, dayanıb.

"Hörmüz boğazının açıq qalmasında maraqlıyıq, buna görə də bu məsələdə nə edə biləcəyimizi də müzakirə edirik", – Kallas martın 16-da danışıqlardan öncə Brüsseldə jurnalistlərə deyib.

Dünyanın xam neftinin təxminən 20 faizi bu boğazdan keçir. Son fasilələr enerji qiymətlərini yüksəldib.

Müzakirə olunacaq variantlardan biri "Aspides" əməliyyatının mandatını genişləndirməkdir. Bu missiya 2024-cü ildə gəmiləri Yəməndə İranın dəstəklədiyi husi üsyançılarının hücumlarından qorumaq üçün başladılıb.

Kallas deyib ki, mövcud missiyanı uyğunlaşdırmaq dənizdə təhlükəsizliyi gücləndirməyin ən sürətli yolu olar və üzv dövlətlər razılığa gəlməlidir.

Daha bir alternativ "könüllülər koalisiyası" qurmaqdır. Fransanın boğazın yenidən açılmasından ötrü "müdafiə" missiyasına dəstəyini bildirib.

visiontv.az