Mənim həqiqətlərim: Kişilik, mərdlik, gözü toxluq deyilən bir şey qalmayıb
Mənim həqiqətlərim: Kişilik, mərdlik, gözü toxluq deyilən bir şey qalmayıb
16.03.2026 Şöhrət El-Dəniz Tərəfindən

Sosial media üzərindən yazdığım qeydlər.

Real TV informasiyanın və siyasi təhlilin məkanı və lideridir. 8 ildə formalaşan bu istiqamət peşəkar reportyorların və siyasi şərhçilərin gərgin əməyi nəticəsində əldə edilib. Feyk və təxribat dolu qaranlıq mediada işıq salan realçıları təbrik edirəm. Elə özümü də.

***

Ramazan ayı xeyirxah aydır. Dədə-babadan bu ayda imkanlı şəxslər yetim-yesir üçün iftar süfrələri təşkil edib, kasıbın qarnını doyuzdurublar. İndi baxıram sosial mediadakı şəkillərə, xəbərlərə elə mənim özümün çağırıldığım məclislərə kişi kimi varlı olmağın, nə qədər cılızlaşdığının şahidi oluram. Ad-san, özünü lazımlı biri kimi təqdim etmək üçün hörmətli qonaq ovuna çıxan iftar sahibləri görəsən tutduqları orucun qəbul olunduğuna inanırlar?

Nə bilim vallah. Kişilik, mərdlik, gözü toxluq deyilən bir şey qalmayıb.

***

Türkiyəyə anlatdılar ki, sənin də hava hücumundan müdafiən yumşaq desəm zəifdir. Köhnəlmiş qırıcılar və heç nəyə yaramayan rusun S-400-ləri. Azərbaycan bu sahədə Türkiyədən daha abırlıdır. Yəqin ki, bu barədə düşünürlər.

***

Biri yazıb ki, ABŞ-İran savaşında amerikalılar 2.5 milyard dollar ziyana düşüb. Və bunu İran müharibəsində ABŞ-nin faktiki tərksilah olması kimi şərh edir.

Bu "analitik" başa düşmür ki, faktiki bir trilyon dollarlıq büdcəyə malik Pentaqon üçün 2.5 milyard dollar diş çöpləri pulu üçün belə azdır.

Şöhrət El-Dəniz

visiontv.az