GADTB xəbər verir ki, aclıq aksiyası keçirən güneyli siyasi məhbus Əbdüləziz Əzimi Qədiminin səhhəti ciddi şəkildə pisləşib və xəstəxanaya köçürülüb.
Martın 2-dən Tehranın bədnam Evin zindanında aclıq aksiyasına başlayan güneyli siyasi məhbus və din xadimi Əbdüləziz Əzimi Qədim fiziki zəiflik səbəbilə huşunu itirib və həbsxananın tibb məntəqəsinə aparılıb.
Qeyd edək ki, ötən il fevralın 5-i və 7-də Güney Azərbaycanın müxtəlif şəhərlərində 30-a yaxın güneyli fəal kəşfiyyat qüvvələri tərəfindən məhkəmə qərarı olmadan həbs edilib.
visiontv.az