ABŞ vitse-prezidenti Vens aralıq seçkilərində respublikaçıların məğlub olma ehtimalından danışıb
20.04.2026

ABŞ vitse-prezidenti Cey Di Vens noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində respublikaçıların seçiciləri itirmək riski barədə xəbərdarlıq edib. O, elektoratın hazırkı əhval-ruhiyyəsini dəqiq hiss etdiyini bildirib:

“Mən bu administrasiyanı mənə lazım olanı etməyə məcbur edəcəyəm, çünki mən onlara səs vermişəm, onlar mənim səsimi alıblar, lakin bu səsi hələ qoruyub saxlamaq lazımdır”.

Vens müxtəlif məsələlərdə seçicilərin bu cür tələbkar yanaşmasını hiss etdiyini vurğulayıb:

“Məsələn, mən etiraf edirəm ki, bir çox gənc seçici bizim Yaxın Şərqdə etdiklərimizi bəyənmir. Okey, mən bunu qəbul edirəm.”

Vitse-prezidentin bu sözləri administrasiyanın gənc və tərəddüd edən seçicilərin etimadını yenidən qazanmalı olduğuna dair bir etiraf kimi qiymətləndirilir.

visiontv.az