BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ Rusiya və Çini Şimali Koreyanı “həyasızcasına müdafiə etməkdə” və ona qarşı tətbiq edilən sanksiyaları pozmağa təşviq etməkdə ittiham edib.
ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bu yaxınlarda KXDR-də qitələrarası ballistik raketin buraxılması ilə əlaqədar çağırılan şura iclasında “Rusiya və Çin utanmadan Pxenyanı istənilən nəticələrdən və hətta onun hərəkətlərinin pislənməsindən qoruyur” deyib.
Ötən həftə Şimali Koreya bərk yanacaqla işləyən yeni qitələrarası ballistik raket “Hwasong-19”u sınaqdan keçirib.
Keçən cümə günü Vaşinqtonda Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yel və Cənubi Koreyanın müdafiə naziri Kim Yonq-hyun dövlət katibi Antoni Blinken və Pentaqonun rəhbəri Lloyd Austin ilə birgə görüş zamanı KXDR-in “təhlükəli və təxribatçı davranışını, o cümlədən son sınaqları pisləyib.
İki ölkənin xarici siyasət və müdafiə nazirləri “KXDR ilə Rusiya arasında hərbi əməkdaşlığın dərinləşməsini, o cümlədən qeyri-qanuni silah tədarükü və KXDR qoşunlarının Rusiyaya yerləşdirilməsini ən kəskin şəkildə qınayıb.
Onlar açıq şəkildə bildirib ki, Rusiya ilə KXDR arasında bu hərbi əməkdaşlıq təkcə BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin pozulması deyil, həm də Ukrayna xalqının iztirablarının uzadılması və Avropa və Hind-Sakit okean regionunda sabitliyə təhlükə yaradır.
visiontv.az