AB İrana qarşı yeni sanksiyalar tətbiq edib
15.04.2025

Avropa Birliyinin xarici işlər nazirləri İslam Respublikasının yeddi fiziki və iki qurumuna qarşı sanksiyaları təsdiqləyib.

Bu barədə “Reuters” məlumat yayıb.

Avropalı diplomatların sözlərinə görə, yeni sanksiyalar İranın Avropa vətəndaşlarını və Avropa-İran ikili vətəndaşlığı olanları girov götürməsinə cavabdır.

“Reuters”in əldə etdiyi siyahıya görə, sanksiya tətbiq edilən şəxslər arasında Tehranın Evin həbsxanasının rəhbəri, bir neçə hakim və digər ədliyyə rəsmiləri var. Həmçinin Şiraz Mərkəzi Həbsxanası sanksiyaya məruz qalan iki müəssisədən biridir.

Bildirilib ki, yeni sanksiyalar İrana son illərdə ikili vətəndaşlara və Avropa vətəndaşlarına qarşı rəftarına görə ona qarşı beynəlxalq təzyiqlərin davamı olaraq tətbiq edilib.

Qeyd edək ki, hazırda İranda bir neçə Avropa və Amerika vətəndaşı, həmçinin ikili vətəndaşlığı olan şəxslər həbsdə saxlanılır.

Qərb ölkələri İranın "casus" ittihamına görə həbs etdiyi şəxsləri girov adlandırır və İranın bundan Amerika və Avropa ölkələri ilə danışıqlarda təzyiq vasitəsi kimi istifadə etdiyini bildirirlər.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8