8 may , Şuşaya böyük qayıdış: Sonuncu mismarın vurulacağı gün
8  may , Şuşaya böyük qayıdış: Sonuncu mismarın vurulacağı gün
08.05.2024 Bəybala Mirzəyev Tərəfindən

Bəzi xalqlar və dövlətlər simvolizmə və numerologiyaya məxsusi önəm verir, müəyən rəqəmlərin və işarələrin müqəddəsliyinə inanır, bir sıra rəqəmlərə xüsusi anlam yükləyirlər.

Müasir azərbaycanlılar üçün isə belə rəqəmlərdən biri 8, digəri isə 44-dür.

8 rəqəmi qurucu babalarımızın sayəsində Herbimizdə (gerb) və ya Tuğramızda yer alıb, 44 rəqəmi isə İkinci Qarabağ (Vətən) müharibəsinin bizə töhfəsidir.

Lakin 8 rəqəmi son 30 ildə bizim üçün ağrı mənbəyinə çevrilmişdi. Ermənilər 1992-ci il mayın 8-də Şuşanı işğal etməklə, 8 rəqəminin ruhunu, energetikasını da bizdən oğurlamışdılar. Və hər il mayın 8-də Şuşada dırnaqarası “qələbə” mərasimləri təşkil edən haylar yaramıza biraz da duz basırdılar.

Lakin 44 günlük müharibə düşmənimizin cızdığı bütün dəngələri, “status-kvo”ları, qondarma “qələbə günləri”ni alt-üst etdi.

Və budur, düz 32 il sonra, 2024-cü il 8 may tarixində Şuşa ilk sakinlərini qarşılayacaq. Biz bu rəqəmi seçməklə düşmənimizi mənəvi-psixoloji yöndən cəzalandırırıq. Onlara özgə torpaqlarını zəbt etməyin sonda total məğlubiyyət ilə başa çatdığını qandırmaq istəyirik.

Hərb tarixinə baxsanız, bütün qalib dövlətlərin bu cür rəmzi məqamlara xüsusi önəm verdiklərini görərsiniz. Düşmənə eyni simvollar, eyni rəqəmlər və eyni üsullarla cavab verilməlidir ki, psixoloji zərbə yesin və düzgün nəticə çıxarsın.

Amerikalı antropoloq, sosioloq və kulturoloq Girts Klifford da müharibələr zamanı simvolikaların (o cümlədən rəqəmlərin) xüsusi önəm kəsb etdiyini, konseptual özünütəsdiq forması olduğunu vurğulayırdı.

Simvollar, rituallar və keçid ayinləri üzərindəki işi ilə məşhur olan ingilis mədəni antropoloqu Viktor Vitter Terner isə “Simvol və mərasim” əsərində simvolların etnoslar, xalqlar üçün xüsusi önəm daşıdığını bildirib.

Başqa sözlə desək, son 30 ildə bizimlə haylar arasında təksə hərbi savaşlar yox, həm də simvollar, rəqəmlər və onların anlamları ilə bağlı ideoloji savaş gedib. Və bu savaş artıq məntiq sonluğuna çatmaq üzrədir.

Belə ki, mayın 8-də Şuşaya Böyük Qayıdışımızın başlanması işğalçı hayların “Miatsum” və “böyük Ermənistan” ideologiyalarının tabutuna vurulan sonuncu mismar olacaq.

Bir bunu deyən yazı "8 may2024-cüil il may 2024-c Qafqaz afqaz Şușa 32 il şa32ilsonrailksakinlerini sonra sonra ilk sakinlarini qarşılamağa hazırdır" şəkili ola bilər

Bəybala Mirzəyev

visiontv.az