İran XİN Nazirliyi maraqlı bir bəyanat yayaraq Körfəz ölkələrini Xamneyinin şəhid edilməsini qınamadığını və ölkələrində ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verdiklərinə görə olanları xainlik adlandırıb. İran köklü və qədim dövlətdir.
Düşünmürəm ki, keçmişi unudub. Məgər burda təəccüblü nəsə var...? Osmanlıya ilk Suud ailəsi xəyanət etmədimi..? Daha yunan üsyanı (Mora üsyanı 1820), erməni üsyanı (Zeytun üsyanı 1862) başlamadan ilk xəyanəti ingilis casus Hammer liderliyində saxta Vəhabi dövləti lideri Abdullah bin Səud 1818-ci ildə etdi və cəzasını İstanbulda başı kəsilərək çəkdi. Bugün körfəz monarxiyasını yaradan İngiltərə Peyğəmbər soyundan gələn Məkkə əmiri Şərif Hüseyni Osmanlıya qarşı təhrik etmədimi...? Faysal başda olmaqla Şərifin bütün oğlanlarına Küveyt, İordaniya, İraq adında kukla dövlətciklər qurdurdu. Anglosaksonlara köləlik xidməti heç bir zaman bitmədi əslində. Sadəcə əl dəyişdirdi. 1945-də Səud ailəsi boynundakı tasmasını Britaniyadan ABŞ-a təhvil verdi. Ruzvelt ilə köləlik anlaşması imzalandı və Səudiyyə ABŞ-ın bölgədəki Number 1 KÖPƏYİ oldu.
İran şiə olduğu üçün həm məzhəpsəl, həm də geosiyasi olaraq Səudlar üçün böyük düşmən olaraq qaldı və qalacaq. Sadəcə İran deyil Türkiyə də Səudlar üçün hər zaman düşməndir. Kimsə İstanbuldakı başsız qalan Abdullah bin Səudu unutmayıb. Osmanlı nifrəti bugün bu ailədə hələ də diridir. Böyük Ortadoğu proyekti ilə bölgəyə 'demokratiya' gətirdiyini deyən ABŞ və nökərləri əcaba Körfəz krallarını niyə görməzdən gəlir...? Çox bəsit. Çünki Səddam dollardan alışı kəsmək üzərə idi, Qəddafi eyni yolu izləyirdi, Əsəd desən İrana qarşı atılacaq addımlarda böyük əngəl idi və rejim dəyişdirilərək Hizbullaha silah yardımı kəsilməli idi. Xaos olmalı və dikta rejimlər gedəcəkdi ki, İsrael bölgədə rahat işğala başlasın. Vurulan ölkələrə diqqət edin REPUBLİC/Cumhuriyyət idi. İraq, Liviya, Suriya, Tunis, Misir....Ərəb Baharı madam bir azadlıq Baharı idi, niyə məhz Republic olanlara gəldi. Kingdom/Krallıq olanlar isə yerindədir. Realpolitik belə acımasız bir şeydir...İndi isə hədəfdə digər Republic olan İRAN var. Növbə isə son qala olan Atatürkün Cumhuriyyətinə çatacaq. Türkiyə isə tankla, topla deyil iqtisadi, sosial və beyin köçü ilə işğal ediləcək. Artıq işğal başlayıb.
İslam dünyası özünə gəlməlidir. Bütün ayrılıqları kənara qoyub məzhəpsəl deyil, realist baxmalıdır olaylara. Çünki Böyük Ortadoğu proyekti gerçəkdə BÖYÜK İSRAEL VƏ YOX OLMUŞ İSLAM DÜNYASI PROYEKTİDİR. BUNU GÖRMƏMƏK ÜÇÜN KOR VƏ AXMAQ OLMAZ LAZIMDIR.
Pərviz Əliyev
visiontv.az