İran polisi qadınlara aid 42 mindən çox şəxsi görüntünün yayılmasının qarşısını alıb
26.07.2026

İranın kibercinayətkarlıqla mübarizə polisi qadınlara aid 42 mindən çox şəxsi görüntünün yayılmasının qarşısını alıb.

İran Hüquq-Mühafizə Qüvvələrinin Kiberməkanda Cinayətkarlıqla Mübarizə Polisinin rəisi Vəhid Məcid bildirib ki, əməliyyatlar Tehran, İsfahan, Həmədan və Luristan vilayətlərində yerli bölmələrin birgə fəaliyyəti nəticəsində keçirilib.

- Əməliyyat zamanı şəxsi məzmunun yayılmasında iştirak edən əsas administratorlar, maliyyə əlaqələndiriciləri və digər şəxslər müəyyən edilərək saxlanılıb və məhkəmə orqanlarına təhvil verilib.

- Polisin vaxtında müdaxiləsi nəticəsində qadınlara aid 42 mindən çox şəxsi görüntü cinayətkar kanallarda yayılmadan əvvəl şübhəlilərin rəqəmsal avadanlıqları müsadirə olunub və şəbəkələri dağıdılıb.

- Əlaqələndirilmiş əməliyyat çərçivəsində şəbəkənin əsas qrupu Tehran və İsfahanda aşkarlanaraq saxlanılıb. Dəstə ilə əlaqəli şəxslər isə Məlayir şəhərində və Luristan vilayətində həbs edilərək penitensiar müəssisəyə göndərilib.

visiontv.az