12 günlük müharibənin başlamasına iki həftə qalmış orbitdə olan peyklərdən biri ilə əlaqə kəsilib.
Bu barədə Omidfaza şirkətinin baş direktoru Hüseyn Şəhrabi ISNA-ya açıqlamasında “Hodhod” peyki ilə bağlı deyib.
"12 günlük müharibədən iki həftə əvvələ qədər hər şey qaydasında idi... Bir sıra hadisələr baş verdi və biz peyklə əlaqəni itirdik." - deyə o bildirib.
O, həmçinin orbitə buraxılan “Kövsər” adlı başqa bir İran peyki haqqında da bu peykin də problemlərinin olduğunu və “fotoşəkil və şəkillər” göndərə bilmədiyini açıqlayıb.
İran rəsmiləri ötən ilin noyabrında iki peykin “Kövsər” və “Hodhod”un Rusiya raketi ilə kosmosa buraxıldığını açıqlamışdı. Onlar bu iki peyki “özəl sektor tərəfindən qurulan ilk peyklər” adlandırıblar və yerli mətbuat bu peyklərin “Omid Space” şirkəti tərəfindən istehsal edildiyini bildirib.
visiontv.az