Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Azərbaycanın malik olduğu imkanlardan tam yararlanaraq innovativ həllər vasitəsilə regionun rəqəmsal mərkəzinə çevrilmək imkanı böyükdür.
Bu barədə ATV telekanalına müsahibə verən İT məsələri üzrə tanınmış ekspert deyib ki, IV sənaye inqilabı Azərbaycana qlobal iqtisadi rəqabətdə möqvelərini dəyişmək və gücləndirmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür.