Zirə Mədəniyyət Mərkəzinin gimnastları ümumilli liderə həsr olunmuş yarışda uğur qazanıb
11.05.2022

Ümummilli lider Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbində bədii gimnastika üzrə açıq məktəb birinciliyi keçirilib.

Visiontv.az xəbər verir ki, yarışda Zirə Mədəniyyət Mərkəzinin gimnastları birincilik uğrunda uğurlu çıxış ediblər.

Nəticədə Eko-Park gimnastları 8 fərdi və 1 qrup çıxışı ilə mərkəzi layiqincə təmsil edərək medal və diplomlar qazanıblar.