Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
25.04.2024

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel noyabrda Bakıda keçiriləcək BMT-nin iqlim konfransı - COP29-a dəvət edilib.

 Bu barədə  Azərbaycanın Belçikadakı səfiri və  Aİ yanındakı missiyasının rəhbəri Vaqif Sadıqov "X" hesabında paylaşım edib.

"Aİ-Azərbaycan gündəliyindəki bir çox məsələlərin bugünkü hərtərəfli müzakirəsinə görə  Avropa İttifaqı Şurası Prezidentinin xarici siyasət üzrə baş müşaviri xanım Maqdalena Qronoya minnətdaram. Mən noyabrda Bakıda keçiriləcək COP29-da iştirak etmək üçün  Azərbaycan Prezidenti  İlham Əliyevin  Aİ Şurasının Prezidenti Şarl Mişelə dəvət məktubunu təqdim etmək şərəfinə də nail oldum", - deyə paylaşımda qeyd olunub.

visiontv.az