Zelenski Ukraynanın NATO üzvlüyü müqabilində öz ərazilərindən imtina edib-etməyəcəyindən danışıb
06.01.2025

Ukrayna Rusiyanın işğal etdiyi ərazilərdən imtinası müqabilində NATO-ya üzv olmaq ssenarisini nəzərdən keçirə bilər. Lakin ölkəmiz bununla yalnız müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə razılaşa biləcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski amerikalı podkaster Leks Fridmana müsahibəsində deyib.

Zelenski həmçinin əlavə edib ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp da Rusiya enerjisinin bazara daxil olmasının qarşısını almaq üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməli olacaq.

O, bunun ilk növbədə Vaşinqton üçün faydalı olacağını vurğulayıb.