İran bölgədəki silahlı qruplaşmalarına 10 milyardlarla dollar deyil, 1 trilyon dollara yaxın pul xərcləyib
07.01.2025

Şübhəsiz ki, 2025-ci ildə biz İrandan sonrakı növbəti dövrün başlanması mərhələsində olacağıq.

Bu sözləri Yaxın Şərq İnstitutunun tədqiqatçısı Səmir Tağı "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.

"İndi İranda bu ölkənin bölgədəki silahlı qruplaşmalarına 10 milyardlarla dollar deyil, 1 trilyon dollara yaxın pul xərclədiyi ən çox müzakirə olunan mövzulardandır",- o bildirib.

Politoloq deyib ki, bütün bu xərclərə baxmayaraq İran bölgədə ağır məğlubiyyətlərlə üzləşib.

"Praktikada sübut olunub ki, bütün bu qüvvələr kağız pələng olub, çöküb və artıq dirçələ bilmir",- Səmir Tağı əlavə edib.

visiontv.az