Yəhudilər və pul...
22.04.2025

Şlome/Süleymanın ölümündən sonra oglu Rehavam taxta çıxsada atası dövründəki siyasətə uyğun idarəçilik qabiliyyəti yox idi. İlk növbədə vərgilərin azaldılması tələbini rədd etməsi başda məbəd kahinlərini və xalqı qəzəbləndirdi. Qanuni padşahın tərəfində yalnız Yəhuda qəbiləsi və Binyamin qəbiləsinin yarısı qaldı, on şimal tayfası isə yeni İsrail Krallığını qurdu və 1-ci Yarovamı padşah seçdi. Beləliklə 915-ci ildən sonra Davud və Süleyman dövründəki güclü yəhudi dövləti İsrael və Yehuda krallığı adı altında iki dövlətə parçalandı. İsrail krallığı çox yaşamadı. Çünki, Assur kralı 2-ci Sargonun hücumları ilə zəifləyən İsrael dövləti 722-ci ildə 5-ci Salmanasarın son hücumları ilə tarixə qovuşdu. Yəhudilər Assur imperiyasına sürgün edildi. Bu tarixdə ilk yəhudi sürgünü idi.

Paytaxtı Yerusəlim olan və Məbədə sahib Yehuda krallığında isə yəhudi tarixinin gördüyü ən zəif, cəsarətsiz bir kral vardı. Atasından taxtı alan gənc Sedekiya...Sedekiya dövründə Yehuda krallığı 2 güc arasında sıxışıb qalmışdı. Babil və Misir... Babilə vergi verərək Misirlə heç bir münasibət qurmayacağını vəd edən Sedekiya bu vədini əməl etmədi. Dəfələrlə Yerusəlimə ültimatom göndərən Nabucco/Nabukadnezzar 586-cı ildə son dəfə Yerusəlimə yürüş etdi və şəhəri dağıtdı. Məbədi yandırıb kül etdi və bu yanğında məhşur Əhd- Sandığı/Aron Ha Berit Babillilər tərəfindən ya qaçırıldı ya da ki, məhv edildi. Bugünə qədər yəhudilər Tanrı ilə aralarındakı əhd simvolu olan bu sandığı axtarırlar. Babil sürgünündə yəhudilər Daniel peyğəmbər sayəsində kralın qəzəbindən qoruna bilmişdilər. Çünki Daniel yuxu yozumlarında mahir bir usta idi. Kralın yuxularını düzgün yorumlayaraq onun sevgi və hörmətini qazanmışdı.

O dövrdə Babil mühüm ticarət və maliyyə mərkəzi idi. İsrail torpağında yəhudilərin əksəriyyəti kəndli və maldarlıq edirdi. Babildə onların ən ümumi məşğuliyyəti əkinçilik olmaqda davam etdi, lakin onlar ən müxtəlif fəaliyyətlərdə də işləməyə başladılar. Onlar çörəkbişirən, şərabçı, toxucu, boyaqçı və dərzi gəmiqayıran, dənizçi və balıqçı və digər peşələrə yiyələndilər. Çoxları tacirlik edirdi, bəziləri isə idxal və ixracla məşğul olurdu. Babil ticarət yolları onları dünyanın indiyədək məlum olan hər bir guşəsinə aparırdı. Belə bir miqyasda kommersiya fəaliyyəti uyğun bank sistemini tələb edirdi. Nəticədə yəhudilər maliyyəçi və bankir oldular. Dövlət xidmətinə girən və bəziləri Babil sarayında görkəmli yerləri tutan yəhudilər idi, onların arasında Yəhuda Krallığının kral ailəsinin nəslindən olan Daniel, Çananya, Mişael və Azarya, habelə Nehemya da var idi.

Babil tacirləri dünyanın ilk maliyyə məlumat bazası kimi xidmət edən mürəkkəb gil lövhələr sistemini inkişaf etdirdilər. Bunlar sadə dəftərlər deyildi onlar qiymət meyllərini, mövsümi modelləri və tələb-təklif korrelyasiyasını diqqətəlayiq dəqiqliklə ələ keçirən mürəkkəb analitik alətlər idi. Babil cəmiyyətinin ticarət sferası immiqrantlar üçün açıq idi, onlar uzun məsafəli ticarətə gəldikdə babilli həmyaşıdları ilə müqayisədə müəyyən üstünlüklərə malikdirlər. Mühüm amillərdən biri onların ticarətin əməliyyat xərclərini azaltmaq qabiliyyəti idi: mövcud şəbəkələr və yerli dillər, məhsullar və ticarət təcrübələri bilikləri immiqrantlara öz ölkələrindəki bazarlara daha asan çıxış imkanı verirdi.

incəsənət ola bilər

ardı var

Pərviz Əliyev

visiontv.az