Yanğınların 57-si nəzarət altına alınıb - Bəkir Pakdemirli
30.07.2021

"Türkiyədə yanğınların 57-si nəzarət altına alınıb".

Visiontv.az-ın xəbərinə görə, bunu Türkiyənin kənd təssərüfatı və meşə naziri Bəkir Pakdemirli mətbuat brifinqində bildirib.

Onun sözlərinə görə, aktiv olan bütün yanğınlarda (yanğınların nəzarətə alınması və söndürülməsi) müsbətə doğru gediş var.

Nazir bildirib ki, Adana, Osmaniya, Antalya, Mersin, Aydıncıkda irəliləyiş əldə olunub.

"Muğlada kiçik zərərlər var, ancaq yaşayış yerlərinə təhdid yoxdur və dənizə doğru yanğın var".

Türkiyəli nazir bildirib ki, yanğınlara mübarizəyə 3 təyyarə, 9 İHA, 1 pilotsuz vertolyot, 1 su çəni, 38 vertolyot, 680 yanğınsöndürən maşın, 55 texnika və 4 min personal cəlb olunub.

"İndiyə qədər 4 itkimiz var. Antalyada 3, Muğlada 1 vətəndaşımız həyatını itirib".

Mətbuat konfransında iştirak edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Antalyada Manvqat bölgəsində 42 məhəllə bu yanğınlardan təsirlənib. O bildirib ki, 27 məhəllənin sakinləri təxliyyə olunub, 15 məhəllə isə qismən təsirlənib.

"Zərərin miqyası hesablanır və vətəndaşlarımızın bütün zərərləri qarşılanacaq. Artıq sabahdan etibarən vətəndaşlarımıza ilkin ödənişlər ediləcək", - deyə Mövlud Çavuşoğlu bildirilb.

Türkiyə XİN başçısı bildirib ki, zərərlər üçün artıq müxtəlif nazirliklər maliyyə dəstəyi verib və verməkdədir. İndiyə qədər 23 milyon TL yığılıb.

Nazir bildirib ki, yanğınlarla əlaqədar vətəndaşların elektrik enerjisi kəsilib.

"Hazırda 18 min abonentin elektrik enerjisi yoxdur" deyən M. Çavuşoğlu bildirb ki, bu məsələnin həlli istiqamətində kordinasiyalı şəkildə iş görülür.