Vyetnamın “HOA LA” muzeyindən xüsusi reportaj-VİDEO
31.03.2024

“Hoa Lo” həbsxanası...Fransa müstəmləkəçiliyi dövründə Vyetnamın başda düyü və kauçuk olmaqla bütün sərvəti daşınıb aparılıb, xalq ucuz işçi qüvvəsi kimi istifadə olunub. İşğalçıların zülmü, qarəti ilə barışmaq istəməyən Vyetnamlılar 1930-cu illərdən başlayaraq təşkilatlanmağa başlayıblar. Təbii ki, azadlıq üçün ayağa qalxanları müstəmləkəçilər hər yerdə təqib edir, həbs olunanların əsas hissəsini isə məhz bu “Hoa Lo” həbsxansına salırdılar. İlkin vaxtlar həbsxanada ən çox 450 nəfər saxlamaq mümkün idi, lakin onun ərazisi genişləndirildikdən sonra bu rəqəm 600-ə çatıb. 1956-cı ildə həbsxananın bir hissəsində muzey yaradılıb...

visiontv.az