Uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb
15.10.2021

“Azərbaycanda uşaqlar arasında koronavirusa yoluxma artmağa başlayıb”.

Visiontv.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

O bildirib ki, bunun səbəbləri var: “Böyüklərin əksəriyyəti peyvənd olunub. Uşaqlar arasında isə peyvəndləmə aşağıdır. Bundan başqa məktəblər açıldıqca, uşaqların ünsiyyəti artdıqca yoluxma riski artır. Bütün ölkələrdə uşaqlar arasında virusun yayılma ehtimalı artır”.