Urmu gölünün qurumasının nəticələri ağır olacaq
10.10.2024

Ölkənin ən böyük gölü kimi Urmu gölünün qurumasının nəticələri ağır olacaq.

Bu sözləri İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmisi Jila Ağayi deyib.

O, hazırda gölün bərpası ilə bağlı bir sıra layihələrin nəzərdən keçirildiyini söyləyib.

Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmisi İran Prezidenti Məsud Pezeşkianın seçki qabağı təbliğat və təşviqat kampaniyası zamanı Urmu gölünün tam bərpası iıə bağlı azərbaycanlılara verdiyi vədlərinin tam həyata keçirilməyəcəyinə işarə edib.

"Hökumət gölün bərpası ilə bağlı bir sıra tədbirlər nəzərdə tutub, ancaq buna baxmayaraq gölün tam bərpasından danışmaq mümkün deyil",- Ağayi bildirib.

Qeyd edək ki, Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Hazırda göldə olan su həcmi 1 milyard kubmetr civarındadır və ekoloqlar bnunu gölün tamamilə quruması kimi dəyərləndirirlər.

visiontv.az