“Ukraynaya daha çox silah gəlir”: Kuleba Berlində Blinkenlə görüşüb
15.05.2022

Bazar günü, mayın 15-də Berlində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir: "Berlində ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdüm. Ukraynaya daha çox silah və digər dəstəklər göndərilir. Biz Ukraynanın ərzaq ixracatının Afrika və Asiyada istehlakçılara çatmasını təmin etmək üçün birgə işləmək barədə razılığa gəldik. Həmkarıma və Birləşmiş Ştatlara minnətdaram. Lider və sarsılmaz bir dövlətlər”.

Xəbər verdiyimiz kimi, baş nazir Denis Şmıxal bildirib ki, Rusiya Ukrayna limanlarını bağlamaqla qlobal ərzaq böhranı yaratmaq istəyir. Hazırda Ukrayna 90 milyon tona yaxın kənd təsərrüfatı məhsulunu ixrac edə bilmir.

Əli Əliyev

visiontv.az