Rusiyanın Ukraynada işğalı genişləndirməsi,Xarkovu işğal etməsi istiqamətində intensiv hücumları NATO -nun təcili qərarlar qəbul etməsi ilə nəticələndi. Qeyd edim ki, Ukrayna Qərbin verdiyi silahlarla Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək icazəsi verilməmişdi.
Bu da Rusiyaya əlavə imkanlar verib, sərhəddə ordusunu cəmləşdirib, hücumları aktivləşdirirdi. Məhz NATO ilk əvvəldən bu qadağanı götürmüş olsaydı, Rusiya qoşunlarının sərhəddə Xarkova hücumunun vaxtında sərhəddə qarşısını almaq olardı.
Artıq NATO parlament Assambleyası Ukraynaya Rusiya ərazisində hərbi mövqelərə zərbə endirmək üçün NATO silahlarindan istifadəyə yekdilliklə qərar qəbul edildi. Bu qərar NATO-nun Ukrayna siyasətində vahid qərarıdır. Demək olar ki, kollektiv Qərb Rusiyanın hücumlarının avroatlantik məkanı təhdid etdiyinin fərqindədir. Rusiyanın durdulması Qərb üçün prioritet kimi qəbul edilib. Amma, Müharibənin gedişində bu kimi qərarlar ona görə qəbul edilmir ki, Rusiyanın resurslarının tükənəcəyini gözləyirdilər. Rusiya nəinki tükəndi, öz hərbi arsenalını inkişaf etdirdi. NATO üçün savaş müstəvisinə kimi qaldırdı.
Bundan sonra, NATO silahları ilə Ukrayna Rusiya ərazisində hərbi mövqelərə və ordunun cəmləşmə sahələrinə intensiv raket zərbələri endirəcək. Bu kimi raket hücumlari Rusiyanın hücumunun əhəmiyyətli şəkildə qarşısını almaq iqtidarındadır.
BMəhz Rusiya qoşunlarının hücum intensivliyinin qarşısı alınıb ki, V. Zelenski Avropa turnesinə çıxıb. NATO silahlarından istifadəyə icazə verilməsi, Rusiya və NATO arasında faktiki hərbi toqquşma deməkdir. Ukraynanın növbəti aylarda hərbi təşəbbüsü ələ alacağı mümkündür. Diplomatik danışıqlara gəldikdə, bunun üçün siyasi ortam formalaşması müharibənin gedişindən asılı olacaq.
Məhəmməd Əsədullazadə, MCP Başqan müavini
visiontv.az