Ukrayna ilə bağlı danışıqlar yalnız Rusiya və ABŞ arasında aparılmalıdır.
Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, Təhlükəsizlik Şurasının üzvü Nikolay Patruşev “Komsomlskya Pravda” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna üzrə danışıqlar digər Qərb ölkələrinin iştirakı olmadan, Rusiya və ABŞ arasında aparılmalıdır.
Patruşev vurğulayıb ki, Moskvanın nə London, nə də Brüssellə müzakirə edəcəyi bir şey var.
Ukraynanın perspektivlərindən danışan Patruşev 2025-ci ildə onun mövcudluğuna tamamilə son qoyulacağını da istisna etməyib.