Qızıl Orda (Золотая Орда, The Golden Horde) həm də Uluq Ulus (böyük dövlət) kimi tanınır. Təxminən 260 il (1243 — 1502) mövcud olub. Əsası Çingiz Xanın nəvəsi Çuçinin oğlu Batı xan (1227 – 1255 xan olduğu dönəm) tərəfindən qoyulan dövlətin adındakı qızıl-altun sözü haradan gəlir? Tarixdən bəllidir ki, rus tarixçilərinin sonradan monqol-tatar adlandırdığı xalq hərbi yürüşlər zamanı qızılı rəngdə olan çadırlar qurardı. Tarixə o da məlumdur ki, Batı xanı və Özbək xan (1313-1342) qızıl çadırlardan istifadə edib.
Özbək xan bu dövlətin taleyini dəyişən adamdır. Məhz o, islamı qəbul etdi. Elə o dövrlədən də Cığatay türkcəsi Qızıl Ordanın dövlət dili oldu. Əmir Teymurun nəticəsi Böyük Moğol İmperiyasının qurucusu və ilk hökmdarı Qazi Zahirəddin Məhəmməd Baburun (1494 – 1500) Çağatay türkcəsində yazdığı Baburnamə əsəri Türk ədəbiyyatı tarixində önəmli yerə sahibdir. O, Çağatay türkcəsində yazılmış ədəbiyyatın Əlişir Nəvaidən sonra ən böyük şairi hesab olunur. "Baburnamə" türk və İslam ədəbiyyatında memuar janrında yazılmış ilk əsərdir. Bu əsər 1494-1529-cu illər ərzində Mərkəzi Asiya, Əfqanıstan və Hindistanda baş vermiş bütün mühüm hadisələri özündə əks etdirir.
Bu möhtəşəm imperiya niyə dağıldı? Çünki Qızıl Ordada hakimiyyəti ələ alan Toxtamış xan (1380-1395) 1382-ci ildə Moskvanı tutaraq yandırdı. Sonra isə Əmir Teymura qarşı mübarizəyə başladı. Türk dünyasının bu iki mahir sərkərdəsi arasında baş verən mənasız çarpışmalar 1395-ci ildə Toxtamışın Terek döyüşündə ağır məğlubiyyəti ilə nəticələndi. Bu döyüşdən sonra Qızıl Orda bir daha özünə gələ bilmədi. Yəni türklər özləri özlərini məhv etdilər.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov yazır ki, 1700-cü ilə qədər Moskva Krım xanına xərac verirdi.
Krım Xanlığı və ya Krım Yurdu 1441–1783-cü illər arasında Krımda hökm sürmüş Krım-Tatar dövləti idi. Qızıl Ordanın yerini alan dörd xanlıqdan ən uzun müddət mövcud olanıdır. Bu dövləti isə Çingiz Xanın oğullarından Cuçinin kiçik oğlu Toka Teymur soyundan gələn I Hacı Gəray (1397-1466) yaradıb. O da maraqlıdır ki, Krım xanlığında da Cığatay türkcəsi dövlət dili idi.
Moskva mövcud olduğu 900 il ərzində 4 dəfə yandırılıb. Moskvaya ikinci dəfə od vuran isə 1571-ci ildə Krım xanı Devlet I Gəray olub. Bu yanğın tarixə ən böyük yanğın kimi düşüb. Belə ki, əsən külək yanğını ətrafa yayıb. Sonra Tixtamış bu şəhərdə tonqal qalayıb. Bir dəfə isə polşa-litva qoşunları Moskvanın cızdığını şəxarıb. Moskvanı sonuncu dəfə imperator Napoleon Bonapart (1804-1814) yandırıb.
Gördüyünüz kimi, türklər bir-biri ilə düşmənçilik etməsydi, indi də Rusiya adlı dövlət olmayacaqdı. Olsaydı da indiki sərhədlər daxilində olmayacaqdı...
Elbəyi Həsənli
visiontv.az