Türkiyə polisi Əhmədrza Beyzayi adlı SEPAH əməkdaşını həbs edib
17.04.2025

Bu barədə "Təsnim" xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Beyzayinin ailəsi Türkiyədən deport edilib, özü isə saxlanılıb.

Keçmiş xarici işlər naziri, Əli Xaməneinin müşaviri və Azad İslam Universitetinin rəyasət heyətinin başçısı Əliəkbər Vilayəti "Təsnim"ə verdiyi açıqlamada məsələni təsdiq edib.

O, Məhəmmədrza Beyzayinin həbs səbəbi barədə məlumat verilmədiyini və onun azad edilməsi ilə bağlı səylərin nəticəsiz qaldığını bildirib.

Qeyd edək ki, Vilayətinin "universitet müəllimi" kimi təqdim etdiyi Beyzayi, SEPAH və ona bağlı "Bəsic" (könüllülər) ordusunun yüksək rütbəli məmurlarından olub.

O, bundan əvvəl Şərqi Azərbaycan əyalətinin SEPAH komandirinin əmri ilə əyalətin Müəllimlərin Səfərbərlik Təşkilatının rəhbəri vəzifəsinə təyin olunub.

Bəzi mənbələr Beyzayinin SEPAH-ın "Qüds" qüvvələrinin üzvü olduğunu yazıb.

visiontv.az