Azərbaycanla Ermənistan liderlərinin Abu- Dabidə görüşündən sonra Kremldə Ermənistana qarşı yeni təzyiqlər hazırlanır. Rusiya Ermənistana növbəti aylarda qazın qiymətinə yenidən baxa bilər.
Həmçinin Ermənistandan idxal olunan mallara qadağalar tətbiq olunacaq. Ermənistanın əsas iqtisadi tərəfdaşı Rusiyadır. Rusiyada Ermənistan üzərindən sanksiyalardan yayınmaqla müxtəlif ticari əməliyyatlar reallaşdırır. Ermənistan Rusiyadan iqtisadi asılılığı azaltmaq üçün Türkiyə ilə sərhədləri açmağa tələsir. Abu -Dabidə Türkiyə Ermənistan sərhədlərinin açılması müzakirə edilib. Bu ilin axırına kimi Türkiyə Ermənistan sərhədlərinin açıla bilər. Ermənistan bir müddətdən sonra, Zəngəzurda texniki işlərə başlaya bilər. Hazırda Ermənistan Baş naziri üçün çətin məqam Iranla Ermənistan sərhəddindən Rusiya hərbçilərini çıxarmasıdır.
Türkiyə ilə sərhədlər açıldıqdan sonra, Ermənistan iqtisadi əlaqələrini Türkiyə ilə inkişaf etdirəcək. Həmçinin daxili siyasi mübarizədə N. Paşinyanın siyasi mövqeyi güclənəcək. Gələn il keçiriləcək seçkilər öncəsi N. Paşinyan daxili siyasi vəziyyəti normallaşdırıb, Rusiyanın təzyiq rıçaqlarını neytrallaşdırmaq üçün xarici siyasətində korrektlərə gedir. Bu, Türkiyə və Azərbaycanla normallaşma prosesidir. Məhz Ermənistan baş naziri N. Paşinyan forpost Ermənistanın deyil, müstəqil və suveren Ermənistanın baş naziri olmaq istədiyini qeyd edib.Təbii ki, Ermənistanda N. Paşinyan hakimiyyətdə qalması, Türkiyənin geosiyasi maraqlarına cavab verir.
Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert
visiontv.az