“Turizm haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında ikinci oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, turizm və rekreasiya zonalarında iri sənaye müəssisələrin fəaliyyəti qadağan ediləcək.
Bununla da, həmin zonalarda kimya sənayesi, metallurgiya, nüvə energetikası, məişət tuallantılarının zərərsizləşdirilməsi və email müəssisələrin fəaliyyəti qadağan olunacaq.
Nazirlər Kabinetinin 2016-cı il 1 avqust tarixli qərarı ilə “Xızı-Xaçmaz”, “Quba” və “Qusar” Turizm və rekreasiya zonasının sərhədləri təsdiq edilib. İşğaldan azad olunan Kəlbəcərin yüksək turizm resurslarından səmərəli istifadəsi məqsədilə “Kəlbəcər Turizm İnkişaf Konsepsiya” sənədi hazırlanıb. Kəlbəcər rayonunda 5 Turizm və rekreasiya zonasının yaradılması təklif olunur. Bu o deməkdir ki, yaxın zamanlarda Qarabağ və Şərqi Zəngəzurun turizm potensialından sıx şəkildə istifadə olunacaqdır.
Bütövlükdə, son dəyişikliklər ətraf mühitin qorunması və sağlamlıq turizmin inkişafı baxımdan vacib hesab olunur.
Millət vəkili Vüqar Bayramov
visiontv.az