Tramp seçilsə Ukraynanı hansı aqibət gözləyir?
19.03.2024

Ən əsas və mənfi tərəf odur ki, geosiyasi trend dəyişəcək və Qərb birliyi çat verəcək, dağılacaq. Ukraynanın Qərbə inteqrasiyasına son qoyulacaq və Rusiyaya siyasi inteqrasiyaya start veriləcək, baxmayaraq bu heç də asan olmayacaq.

Nəyisə proqnozlaşdırmaq üçün, Ukraynada həmin hökumətin Trampın dövründə(2019-2020) siyasi addımlarına diqqət yetirmək lazımdır.

-Sərhədlərin minalardan təmizlənməsi;

-Parisdə Ştaynmayer formulun imzalanması;

-Təmas xəttindən SQ-nin birtərəfli geri çəkilməsi və atəş qadağası;

-Konstitusiyaya Ukraynanın neytral statusu haqda müddəanın hazırlanması(Tramp 2020-ci ildə seçilsəydi, Ukrayna Konstitusiyası dəyişəcək idi);

-Konstitusiyaya Krım və Donbasın xüsusi statusu barədə müddəanın əlavə olunmasının hazırlanması.

Mahiyyət etibarı ilə Rusiya Ukraynanı öz geosiyasi çətiri altına qaytarmağa başlamışdı və yuxarıda qeyd olunan bütün addımlar məhz buna xidmət edirdi və bu, danılmaz faktdır, amma Baydenin 2020-ci ildə seçilməsi bu prosesi pozdu.

Tramp haqlıdır, əgər o prezident seçilsəydi, müharibə olmayacaq idi. Niyə olsun ki? Putin istədiyinə nail olurdu artıq. Və indi, Tramp seçilsə eyni proses başlayacaq, amma daha sərt və sürətli. Hər şey, münaqişənin dondurulmasından başlayacaq, təbii ki, Rusiyanın şərtlərilə.

Bir 3 nəfər və Oval kabinet şəkili ola bilər

Avropa və ABŞ arasında çox ciddi siyasi gərginlik dönəminə start veriləcək və Avropada regional təhlükəsizlik blokları yaranmağa başlayacaq. NATO-nun dünyada rolu kəskin azalacaq.

Post-sovet məkanı, bütövlükdə Rusiyanın geosiyasi nəzarətinə qayıdacaq və bunun əleyhdarlarına qarşı son dərəcədə sərt repressiyalar həyata keçiriləcək. Bu dönəmdə Rusiyaya qarşı təbliğat aparanların hamısı cəzalandırılacaq.

Tramp və Putin 2017-2021 dönəmindəki səhvlərdən nəticə çıxaracaqlar və daha çevik, daha sərt addımlar atacaqlar.

Baydenin seçilməsi təqdirdə dünyada baş verəcəklərə dair nə dərəcədə optimistəmsə, Trampın seçilməsi təqdirdə də o qədər pessimistəm.

Bir məsələdə də optimistəm, hətta əminliyim var. Bayden 2024-cü ildə seçiləcək və bu günə kimi, ABŞ seçkilərinin proqnozlaşdırılmasında (istər Konqresə, istərsə də Ağ Evə) yanılmamışam.

P.S. "ABŞ-da prezidentin kimliyi, xarici siyasət vektorunu dəyişmir" tezisi absurddan başqa bir şey deyil. ABŞ-ın 2016-2020-ci illərdə və 2021-2024-ci illərdə xarici siyasi vektorların müqayisəsində gördük, 180 dərəcədə fərq var, 180!

Politoloq Kamran Cəfərov

visiontv.az