Dənizdə Trampın sərəncamında olan böyük bir hərbi dəniz gücü toplanmaqdadır. Hətta vaxtilə, Bin Ladeni dənizə atmış təyyarə gəmisi və ABŞ-ın gizli bombardmançıların daşıyan ÜÇÜNCÜ təyyarə gəmisi də İrana qarşı nəhəng zərbə qüvvəsi toplamaqdadır.
Masada dolaşan fikirlərə görə Tehran yeni nüvə sazişi imzalaya bilməsə, ABŞ və İsrail İrana qarşı böyük formada, koordinasiya edərək zərbə endirməyi planlaşdırırlar.
Müttəfiqlər həm də deyirlər ki, son 18 ayda Yaxın Şərqi xaos içində qoyan, İsrailə hücumlar edən Tehran və onun proksi qüvvələrindən qisas almağa hazırlaşırlar.
Fransanın xarici işlər naziri bildirib ki, yeni nüvə razılaşması əldə olunmasa, müharibə demək olar ki, “qaçılmaz” görünür.
Ağ Ev isə İranla danışıqlar və eyni zamanda, Trampa lazım olarsa, cəbbəxana verməklə, hərbi qüvvələrini gücləndirməyi də düşünür.
ABŞ Hərbi Dəniz Qüvvələri hazırlıq mərhələsindədir, bir zaman Usamə Bin Ladenin cəsədini - USS Carl Vinson təyyarədaşıyanından yerə atmış güclər gəmini bölgəyə köçürərək bölgədəki donanma gücünü ikiqat artırır.
İranın husilərdən ibarət olan terrorçu müttəfiqlərini bombalamaqda mühüm rol oynayan USS Harry S. Truman də artıq yeni fəaliyyətə tam hazırdır.
Analitiklər hesab edirlər ki, digər bir təyyarədaşıyan “Carl Vinson” hazırda Cənubi Çin dənizindədir və aprelin 9-da Fars körfəzində peyda ola bilər.
Belə bir şəraitdə Amerika Dieqo Qarsiyada yerləşən bazasında B-2 gizli bombardmançılarının üçdə birini toplayıb.
Hava bazasının peyk fotoşəkilləri göstərir ki, Amerikanın 20 B-2 Spiritindən altısı indi birbaşa İrana yönəldilib və uçmağa hazırdır.
Ağır gizli bombardmançı təyyarələr yerin dərinliklərində yerləşən nüvə obyektlərində dərin müdafiə xətlərinə nüfuz etmək və onları məhv etmək üçün kifayət qədər böyük bombalar daşıya bilir.
Yeni peyk görüntülərində Dieqo Qarsiyadakı bazada altı Strat tankerinin yanacaq dolduran təyyarəsini də görmək olar.
Bu təyyarələr B-2 Spiritləri dolduracaq və onların İrana uça biləcəklərini, faydalı yükü çatdıracaqlarını və bazaya 2500 mil geri uça biləcəklərini təmin etmək üçündür.
Tehran isə bunun müqabilində yüksək səviyyəli iranlı generalın diliylə "onlar şüşə evdədirlər və daş atmamalıdırlar" deyə hədələməsi ilə ABŞ bazasına zərbə endirəcəyi ilə bağlı xəbərdarlıq edib.
İranın ali dini lideri Ayətullah Əli Xamenei bazar ertəsi and içib ki: “Sionist varlıq və amerikalılar hər hansı bir düşmən hərəkəti etsələr, ağır və güclü zərbə alacaqlar”.
.
Tramp İranla bağlı bildirib ki, yeni nüvə sazişini dərhal imzalamalıldır, əks halda o, nüvə əldə edəcək.
Onun yüksək ranqlı diplomatlarla birbaşa danışıqlar cəhdi iflasa uğrayıb və İran yalnız Omanın vasitəçiliyi ilə danışıqlara razılıq verib.
Axios xəbər verir ki, bəzi Ağ Ev rəsmiləri razılaşmanın mümkün olduğunu düşünsə də, digərləri dialoqun vaxt itkisi olduğunu düşünür.
Tramp isə belə bir nöqtədə özünü razılaşmaya üstünlük verməyə cəhd edən tərəf kimi göstərməyə başlayıb ki, İran iki aylıq müddət ərzində razılaşma imzalamasa, müharibə olacaq.
O, NBC-yə deyib ki, "İran vvvəllər heç vaxt görmədikləri bombalarla vurulacaq."
Tramp həmçinin husiləri gəmiçilik üçün təhlükə yarada bilməyəcək duruma düşənə qədər bombalamağa davam edəcəyini açıqlayıb: “Husilərin seçimi aydındır: ABŞ gəmilərinə atəş açmağı dayandırın, biz də sizə atəş açmağı dayandıracağıq.
Əks halda, biz yeni başlamışıq və həm Husilər, həm də İrandakı sponsorları üçün əsl ağrı hələ hiss ediləcək”.
Tramp əlavə edib ki, husilər martın 15-dən bəri “amansız” zərbələrlə “məhv edilib” və deyib ki, ABŞ qüvvələri “onları hər gün və gecə – daha sərt və daha sərt vurur”.
Pentaqon sözçüsü Sean Parnell, ABŞ-ın "bölgədə münaqişəni genişləndirmək və ya gərginləşdirmək istəyən istənilən dövlət və ya qeyri-dövlət aktoruna cavab verməyə hazır olduğunu" deyib.
Tramp sanksiyaların yüngülləşdirilməsi müqabilində İran və dünya gücləri arasında Tehranın nüvə fəaliyyətlərinə ciddi məhdudiyyətlər qoyan 2015-ci ildə imzalanmış sazişdən ABŞ-ı geri çəkməsi də bir başqa mövzudur.
Amma maraqldır və İran üçün əsl qorxu buna bağlıdır:
Daha sonra Tramp ABŞ İrana qarşı genişmiqyaslı sanksiyaları bərpa etdi və onun iqtisadiyyatını çökdürdü, bu da İranda daxili etirazlara və rejimin az qala devrilməsinə səbəb olacaq nəticələr yaratdı.
O vaxtdan bəri, İran uranın zənginləşdirilməsi ilə bağlı bu sazişin nəzərdə tutulan sərhədlərini çodan ötüb, Qərb dövlətlərinin mülki enerji proqramı üçün əsaslandırıla biləcəyindən xeyli yüksək və nüvə başlıqları üçün tələb olunana yaxınlaşıb.
İran isə nüvə silahı əldə etmək cəhdini inkar edir.
STM-nin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli
visiontv.az