Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
14.04.2025

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransa xarici işlər naziri Jan-Noel Barronun regiondakı gərginliklə bağlı verdiyi açıqlamaya cavab verib.

Visiontv.az xəbər verir ki, XİN rəsmisi özünü "X" hesabında bildirib ki, Fransanın Ermənistana öldürücü silahları tədarük etməsi və sülhə xidmət etməyən uzunmüddətli anti-Azərbaycan mövqeyi xarici işlər naziri Jan Noel Barronnun regionda gərginliyin yaranması ilə bağlı narahatlığını ifadə etdiyi fikirləri ilə uyğun gəlmir.

"Bu ikili yanaşma Fransanın riyakarlığını göstərir", - Ayxan Hacızadə vurğulayıb.



Gündəlik

slide 7 to 10 of 8