Tramp: "İran nüvə silahı əldə edərsə, hamı ciddi təhlükə ilə üzləşəcək"
22.04.2025

ABŞ prezidenti Donald Tramp həkim və ürək cərrahı Mehmet Özün ABŞ-ın Medicare və Medicaid Services (CMS) Mərkəzlərinin rəhbəri kimi andiçmə mərasimində İranın nüvə proqramı ilə bağlı suala cavab olaraq, “onların nüvə silahına malik olmamalı olduqlarını” təkrarlayaraq deyib:

"Mən onları bir dəfə dayandırdım. Onlar müflis olmuşdular. Onların pulları yox idi və terrorçu qruplara pul xərcləyə bilməzdilər, lakin Bayden vəzifəyə gələndə bütün sanksiyaları ləğv etdi".

"İran nüvə silahına malik olmamalıdır və əgər olarsa, hər kəsin həyatı ciddi təhlükə altında olacaq”- deyə Tramp xəbərdarlıq edib.

visiontv.az