O həmçinin dünyanı idarə edərək həyatın dadını çıxardığını bildirib.
ABŞ Prezidenti işə başlamasının 100-cü günündə "The Atlantic" jurnalına müsahibə verib.
Tramp gördüyü işlərin çox ciddi işlər olduğunu və çoxlu əyləndiyini deyib: "Birinci prezidentlik dönəmində mənim iki işim var idi: ölkəni idarə etmək və sağ qalmaq. Mənim ətrafımda fırıldaqçı adamlar var idi. İkinci dönəmdə isə ölkəni və dünyanı idarə edirəm."
visiontv.az