Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir
Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir
12.03.2024 Elxan Şahinoğlu Tərəfindən

Necə ki, Azərbaycan-Türkiyə strateji münasibətləri, tarixinin ən qızıl dövrünü yaşayır, eləcə də Azərbaycan-Qazaxıstan münasibətləri, iki ölkə arasında əlaqələr tarixinin çiçəklənmə dövrünü yaşayır.

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin yerinə gələn Kasım-Jomart Tokayevin Rusiyaya yaxın olacağı proqnozları özünü doğrultmadı. Belə fikirlər də səslənirdi ki, Tokayev hakimiyyətini qorumaq məsələsində Rusiyadan dəstək aldığı üçün Kremldən asılı vəziyyətə düşəcək. Bunlar da yanlış çıxdı. Əksinə, Tokayev rusiyalı həmkarı Vladimir Putinin üzünə baxaraq dedi ki, Qazaxıstan Donbası Rusiya ərazisi kimi tanıya bilməz. Bakıda olan Tokayev Azərbaycan və Türkiyə ilə ittifaqı gücləndirməyə maraq göstərir, türk dövlətləri arasında inteqrasiyanın genişlənməsini dəstəkləyir. Bu əlaqələr müxtəlif ortaq layihələrin reallaşması ilə daha da güclənəcək. Özbəkistan da bu siyasətində Qazaxıstandan geri qalmır. Bu minvalla Türk Dövlətləri Təşkilatının bölgədə real gücə çevrilməsi şansı artıb.

Elxan Şahinoğlu

visiontv.az