Tehranda mənzil qiymətləri ucuzlaşmağa davam edir
15.08.2025

Tehran Əmlak Məsləhətçiləri Birliyinin bildirdiyinə görə, Tehranın şimal bölgələrində mənzillərin hər kvadratmetrinin qiyməti 80 milyon tümənə qədər azalıb.

Bu barədə birliyin rəhbəri Kiyanuş Gudərzi jurnalistlərə müsahibəsində danışıb.

Onun sözlərinə görə, Tehranın şimal bölgələrindən hər kvadrat metrə görə ucuzlaşma 20-50 milyon tümən arasında baş verib.

Gudərzi ucuzlaşmanın səbəbini qeyd etməsə də bunun İsrail ilə İran arasında baş verən savaşla bağlı olduğu ehtimal edilir. Belə ki, baş verən müharibədən sonra da Tehranın şimal bölələrində mənzil qiymətlərinin ucuzlaşması ilə bağlı xəbərlər yayılmışdı.

visiontv.az