Təbrizli rejissor Məhəmməd Siyaməkniyanın qısametrajlı "Dil" filmi İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq "Sognielettrici / Electricdreams" festivalında ən yaxşı film seçilib.
Bu barədə Təbriz mediası məlumat yayıb.
Bildirilib ki, münsiflər heyəti filmin vizual təsirli hekayələr vasitəsilə distopiya janrını canlandırmaq qabiliyyətini yüksək qiymətləndirib, onun festivalın ən yaxşı qısametrajlı film olduğuna qərar veriblər.
"Dil" filmi siyasi, sosial və mədəni məsələlərdən bəhs edir.
Qeyd edək ki, Məhəmməd Siyaməkniyanın “Ağacdələn” filmi 12-ci Bakı Beynəlxalq Film Festivalında nümayiş etdirilib.
visiontv.az