Suriyada SEPAH zabiti öldürülüb
27.03.2024

Suriyanın Əbukəmal, Ələbbas və Deyr əz-Zor bölgələrinə hava hücumu olub.

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

Məlumatda bildirilib ki, hücum nəticəsində İrana bağlı 9 silahlı həlak olub.

Hava hücumunun SEPAH üzvlərini və logistik avadanlıqlar daşıyan İran nəqliyyat təyyarəsinin Deyr əz-Zor hava limanına enməsindən bir neçə saat sonra baş verdiyi bildirilib.

Hücum nəticəsində SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin həlak olduğu qeyd edilib.

ُSuriya hökumətinin "Əlvətən" qəzeti hava zərbələrin ABŞ ordusu tərəfindən həyata keçirildiyini yazıb.

Həlak olan SEPAH zabitinin kimliyi barədə hələlik açıqlama verilməyib.

visiontv.az