Tehran – Khaneh Eqtesad Xəbər Agentliyi, İctimai Siyasət Araşdırmaları Şəbəkəsinin keçmiş direktoru, sosioloq Məhəmməd Fazelinin açıqlamalarını dərc edib. O, ölkənin mövcud problemlərinin hətta ABŞ-la razılaşma əldə olunsa belə, tez bir zamanda həll olunmayacağını bildirib.
Müsahibədə Fazeli deyib:
“Əgər bu gündən etibarən bütün əzm və koordinasiya ilə hərəkət etsək belə, bizi qarşıda 20 çətin il gözləyir.”
Fazeli, hazırkı sosial və siyasi problemlərin səthi deyil, dərin və sistemli olduğunu vurğulayaraq, real və uzunmüddətli strategiyalar olmadan ölkənin gələcəyinin daha da ağırlaşacağını bildirib.
Xəbər agentliyi yazır ki, Fazelinin fikirləri Məsud Pezzekyana yaxın hökumət çevrələrində də rezonans doğurub.
Bu açıqlamalar, ölkə daxilində sosial, iqtisadi və siyasi böhranların davamlılığı və struktur dəyişikliklərinin zəruriliyi barədə narahatlıqları bir daha gündəmə gətirib. Ekspertlər bildirirlər ki, hökumət bu problemləri yalnız fundamental islahatlar və uzunmüddətli planlarla həll edə bilər ancaq bunun baş verəcəyi inandırıcı görünmür.
Siyasi şərhçi Sadiq İsabəyli
visiontv.az