İranın yol nəqliyyat polisi rəisi Teymur Hüseyninin bildirdiyinə görə, son iki həftə ərzində İranda yol qəzalarında 796 nəfər şəxs həlak olub.
Televiziyaya verdiyi müsahibədə Teymur Hüseyni ölümcül qəzaların 60%-nin səbəbinin sürücülərin yorğun və diqqətsiz olması ilə əlaqəli olduğunu bildirib.
Mütəxəssislər isə yol qəzalarını üç əsas amil ilə əlaqələndirirlər: keyfiyyətsiz yollar, qeyri-standart nəqliyyat vasitələri və pis sürücülük təcrübəsi.
Yol nəqliyyatı mütəxəssisləri uzun müddətdir ki, ölkə daxilində yol infrastrukturunun təkmilləşdirilməsi üçün çağırışlar edilər. Bundan başqa, tənqidçilər həmçinin islahat üçün dəfələrlə edilən çağırışlara baxmayaraq, avtomobil sənayesinin nəqliyyat vasitələrində adekvat təhlükəsizlik xüsusiyyətlərinin tətbiq edilmədiyini bildirirlər.
Beləlliklə son illərdə yol qəzaları İranda ictimai təhlükəsizliyə ən əhəmiyyətli təhdidlərdən biri olaraq qalır.
visiontv.az