İran ABŞ ilə danışıqlarda müvəqqəti nüvə sazişi təklif edir
12.04.2025

“Axios” xəbər verib ki, İran ABŞ ilə danışıqlar zamanı müvəqqəti nüvə sazişinin əldə edilməsi üçün tərəflər arasında əməkdaşlıq təklif etmək niyyətindədir.

Məlumata görə, İran rəsmiləri iki ay ərzində mürəkkəb və texniki nüvə sazişinin əldə edilməsinin real olmadığına inanırlar və gərginliyin artmasının qarşısını almaq üçün onlara daha çox vaxt lazımdır.

Qeyd olunub ki, İran və ABŞ arasındakı müvəqqəti razılaşmaya əsasən, Tehran uranın zəngiləşdirilməsi üzrə fəaliyyətini qismən dayandırmalı, uran ehtiyatlarını isə 60%-ə qədər azaltmalıdır. Eyni zamanda, BMT müfəttişlərinin İranın nüvə obyektlərinə çıxışının artırılmalıdır.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8