Səfir: İran və Amerika sabah danışıqların formasını razılaşdıra bilər
11.04.2025

İran və Amerika şənbə günü keçiriləcək dolayı məsləhətləşmələrdə gələcək danışıqların formasını razılaşdıra bilər.

Report xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "Rossiya-24" telekanalına müsahibəsində deyib.

Səfir danışıqlarla bağlı ətraflı məlumatının olmadığını bildirib.

"Bu danışıqlarla bağlı ətraflı məlumatım yoxdur, lakin deyə bilərəm ki, bu, ilk görüş olacaq. Düşünürəm ki, onlar (İran və Amerika-red.) əvvəlcə gələcək danışıqların formasını razılaşdıracaq, sonra isə qarşılarına vəzifələr qoyacaqlar", - o qeyd edib.

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8