“İranda ABŞ səfirliyinin yenidən fəaliyyətini bərpa etməsi aktual deyil”
18.04.2025

IRIB News xəbər verir ki, bu gün İran hökumətinin sözçüsü Fatimə Mühacirani jurnalistin “ABŞ-nin İrandakı səfirliyinin fəaliyyətini yenidən bərpa edib-etməyəcəyi” ilə bağlı sualına cavab olaraq deyib:

“Səfirliyin yenidən fəaliyyətini bərpa etməsi təbii olaraq başqa məsələlərin nəticəsidir. Biz ölkəmizin bütün işlərini davam etdiririk. Hansı ölkədən asılı olmayaraq, qırmızı xətləri olan hər bir dövlət kimi, İranın də malik olduğu qırmızı xətləri nəzərə alsaq, bu məsələ, bizim çərçivəmizdə olmalıdır. Ona görə də, səfirlik məsələsi hazırda heç də aktual deyil”.

Mühacirani sonda qeyd edib ki, “mövzu yenidir və indi cavab veriləcək bir sual deyil”.

visiontv.az