Seçki siyahıları
17.09.2024

Parlament seçkiləri sona catdı və iqtidar partiyası qəti qələbə çaldı. Seçkilərdə uduzan müxalifət bu dəfə də öz məğlubiyyəti ilə barışa bilmir, seçkilərin saxtalaşdırıldığını iddia edir, iqtidarın "seçki siyahıları" haqqında nağıllar söyləyir. Bilənlər bilir, bilməyənlərə bu barədə məlumat vermək istəyirəm.

Parlament seçkilərinə gedən hər hansı siyasii partiya (istər müxalifət olsun, istər iqtidar - fərqi yoxdur) öz namizədlərinin siyahısını hazırlayır. Bu siyahıya partiyanın üzvləri, müstəqil mütəxəssislər və partiyanın siyasətini dəstəkləyən imkanlı adamlar düşə bilər. Namizədlər siyahısı hazır olduqdan sonra siyasi partiyanın sədrinə təqdim olunur və sədr siyahını təsdiq edir.

Parlament seçkilərində iştirak edən siyasi partiya, təbii ki, öz siyahısını maksimum reallaşdırmaq və parlamentdə daha çox yer almaq istəyir. Amma, dünya təcrübəsi də göstərir ki, bu, yalnız istəkdən asılı deyil, daha çox siyasi partiyanın ölkə daxilindəki nüfuzundan və maliyyə resurslarından asılıdır. Seçki prosesi bahalı bir prosesdir, hər bir namizədin reklam kampaniyası nə qədər vəsait tələb edir.

Düşünürəm ki, Azərbaycanda iqtidar partiyasının parlament seçkilərində qələbəsinin, yəni öz seçki siyahısını maksimum reallaşdıra bilməsinin də əsas səbəbləri bunlardır. Əvvəla, bu seşkilər Azərbaycanın Qararabağda möhtəşəm qələbə çalmasından, ərazi bütövlüyünü tam təmin etməsindən sonra keçirilən ilk parlament seşkiləridir. Bu qələbəyə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin və onun rəhbərlik etdiyi iqtidar partiyasının ölkədə nüfuzu çox yüksəkdir. Sonra, YAP Azərbaycanda yüz minlərlə üzvü olan yeganə siyasi partiyadır və maliyyə imkanları da yüksəkdir.

Beləliklə, parlament seçkilərində iqtidar partiyasının qələbəsi günün reallığıdır, səbəbləri də aydındır. Müxalifət isə "seçki siyahıları" haqqında nağıllar söyləyir və bu, hazırda "daldan atılan daşa" bənzəyir. Bunlar ya savadsızdırlar, seçki prosesini qətiyyən bilmirlər, ya da qərəzlidirlər, cəmiyyəti qəsdən çaşdırmaq istəyirlər...

Qalib ARİF

visiontv.az