2023-cü ilin dekabr ayında Sibirin Ulan-Ude şəhərindən olan 18 yaşlı Aleksandr on minlərlə yaşıdı ilə birlikdə Rusiya silahlı qüvvələrində məcburi hərbi xidmətə çağırılıb.
Dörd ay sonra o özünü təxminən 7 min kilometr qərbdə, Ukrayna ilə Rusiya sərhədi boyunca xəndəklər və piyada səngərləri qazarkən tapıb. Bir qədər sonra isə həmin səngərlərdə gizlənərək ukraynalı əsgərlərin və kamikadze dron hücumlarının hədəfi olub.
"Belə çıxır ki, mən qanunsuz olaraq, məndən soruşulmadan döyüş zonasına göndərilmişəm", – Aleksandr ötən ay AzadlıqRadiosunun "Sibir Reallıqları" bölməsinə verdiyi müsahibədə bildirib.
Soyadının açıqlanmasını istəməyən Aleksandrın vəziyyəti Rusiyada siyasətin toxunulmaz, həssas sahələrindən birini — prezident Vladimir Putinin 2022-ci ilin fevralında Ukraynaya hücum başladığından bəri xüsusilə çəkindiyi məsələni — açıq şəkildə göstərir.
visiontv.az