Milli maraqlar naminə Avropa, qonşularımız, Şərq-Qərb, hətta Amerika ilə münasibətlərimizdə gərginliyi azaltmaqın eybi yoxdur. Bu bizim üçün zəruri və məcburidir. Düşmənçiliyi və gərginliyi azaltmalıyıq.
Bunu İranın keçmiş Prezidenti Həsən Ruhani deyib.
O, müşavirləri ilə 12 günlük İran-İsrail müharibəsinin nəticələrinin müzakirəsinə həsr olunan toplantıda Amerika ilə danışıqların vacib olduğunu vurğulayıb.
Ruhani silahlı qüvvələrin siyasi məsələlərə qarşımasını tənqid edib:
"Əgər biz xalqın iradəsi ilə hərəkət etmək istəyiriksə, silahlı qüvvələri özlərinə xas olan vəzifələrə qaytarmalıyıq. İqtisadiyyat, təbliğat, daxili siyasət, xarici siyasət silahlı qüvvələrin işi deyil. Silahlı qüvvələr özlərinə xas olan vəzifələri icra etməli və bu sahədə gücləndirilməlidir".
visiontv.az