İran hökumətinin sözçüsü: “Pezeşkianın Azərbaycana səfəri çox vacibdir”
24.04.2025

İran hökumətinin sözçüsü Fatimə Mühacirani bu gün mətbuat konfransında ölkə prezidenti Məsud Pezeşkianın Azərbaycana gözlənilən səfərindəm söz açaraq deyib:

“Gələn həftə prezident Azərbaycana səfər edəcək və bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib. Bu, ölkələr arasında müxtəlif münasibətlərin, o cümlədən diplomatik və iqtisadi əlaqələrin genişləndirilməsinə kömək edəcək məsələlərin gündəmə gətirilməsi və müzakirələrin aparılması üçün bir fürsətdir".

visiontv.az