Rəsmi Ankaranın məzhəb pəncərəsi
14.04.2025

Türkiyənin məşhur jurnalistlərindən olan Yılmaz Özdil deyir ki, Türkiyənin ən böyük problemi odur ki, dünya Ankara pəncərəsindən deyil, məzhəb pəncərəsindən baxır. Yəni dövlətin maraqları qalır bir tərəfdə, dini baxışlardan qaynaqlanan yanaşma önə çıxır...

Yılmaz Özdil deyir ki, bu baxımdan Türkiyə Azərbaycandan öyrənməlidir. Azərbaycan İsrailə Bakının pəncərəsindən baxır, yəni dövlət maraqlarından çıxış edir...

Müxalif mövqeyi ilə seçilən Yılmaz Özdil onu da dedi ki, məni nə vaxtsa Türkiyədən qovsalar gedəcəyim ölkə Azərbaycan olacaq...

Məncə də Türkiyə xarici siyasətində rəsmi Ankaranın maraqları dominant olmalıdır. Əlbəttə, lazım gələndə məzhəb pəncərəsini də nəzərə almaq gərəkir. Ancaq üstünlük birmənalı olaraq rəsmi Ankaranın dövlət maraqlarına verilməlidir...

Elbəyi Həsənli

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8