Qurbanı kim seçir: Dələduzmu, yoxsa biz özümüz?
18.04.2025

"Kral çılpaqdır!" Hans Kristian Andersenin məşhur hekayəsində bir uşaq sadə bir həqiqəti dilə gətirərək cəmiyyətin illüziyasını dağıtdı. Hər kəs kralın mövcud olmayan libasını tərifləyirdi, çünki qorxu, təzyiq və yalan vədlər içində susmağa məcbur olmuşdular. Amma uşaq qorxmadan dedi: "Axı kral çılpaqdır!"

Bu hekayəni fərqindəlik yaratmaq üçün xatırladıram. Çünki bu gün ölkəmizdə baş verən kiberdələduzluqların əsas iştirakçıları, bəzən özləri də fərqinə varmadan, elə qurbanların özləridir. Biz dələduzlara məlumatlarımızı öz əlimizlə təqdim etməsək, yalan vədlərə aldanmasaq, heç vaxt qurbana çevrilə bilmərik. Çox vaxt başımıza gələnlərin əsas səbəbi elə bizik.

Maariflənək. Çünki rəqəmsal dünya artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Bu məkanda təhlükəsiz yaşamağın yolu isə ilk növbədə fərdi bilik, texnoloji ayıqlıq və davamlı məlumatlanmadan keçir. Unutmayaq, bəzən həqiqəti söyləmək üçün bir uşağın sadəliyi və dürüstlüyü kifayətdir.

Məsələ bilməmək deyil, bilmədiyini bilməməkdir. Təhlükə kənarda deyil, içimizdədir. Bəlkə də biz dələduzun deyil, öz zəifliyimizin qurbanıyıq. Maariflənməsək, əsl təhlükə elə bizik.

Elvin Abbasov

visontv.az