Qoca "Topalın" Çin xəyalı...
10.04.2025

Çin mənbələrindəki Teymurla bağlı materiallar olduqca möhtəşəmdir. Səmərqənddəki səfirlərin raportlarını oxuduqca görmək olur ki, Teymur kəşfiyyata olduqca önəm verən və deyərdim ki, kəşfiyyat sistemini mükəmməl bilən və istifadə edən tək türk hökmdarıdır.

1404-cü ilin sonlarında Teymurun Çinə başladığı kampaniyaya gəlincə, bunun da səbəbləri var idi. Fakt budur ki, Monqol Yuan sülaləsini və ondan sonrakı imperatorları əvəz edən Min sülaləsindən olan Çin imperatoru Çju Yuan-Çanq (1368-1398) özlərini Monqolustan və Çinin daxil olduğu Böyük Ulusun qanuni varisləri hesab edirdilər. Çin imperatoru diplomatik yazışmalarda Əmir Teymuru “oğul” adlandırırdı. Diplomatiya dili ilə desək, bu, “tabeçi” demək idi ki, bu da Topal fatehin qürurunu çox incidirdi.

Teymurun ticarətə böyük marağı var idi və İpək Yolunu bərpa etmək istəyirdi. Onun ambisiyası İpək Yolunu öz nəzarəti altında saxlamaq idi, baxmayaraq ki, o, Qərbdən Şərqə uzanan bu çox uzun yolda yerləşən müxtəlif xalqlar və imperiyalarla müharibə aparmalı idi. 1395-ci ildə imperator Hung vunun səfirliklərindən biri Səmərqəndə çatdı və tezliklə Teymur tərəfindən həbs edildi. İlk Ming hökmdarı olan İmperator Hung-vu, müxtəlif keçmiş Yuanın qollarına səfirliklər göndərir və onlardan Ming'i öz hökmdarları kimi tanımağı xahiş edirdi. Teymurun Mingə baş əymək niyyəti yox idi əksinə o, İpək Yolunun həmin hissəsinə nəzarəti ələ keçirmək, Yuanı əvvəlki monqol şöhrətinə qaytarmaq və fateh kimi nailiyyətlərinə görə Makedoniyalı İskəndəri üstələmək üçün bir kampaniya planlaşdırırdı.

Bir mətn şəkili ola bilər

Pərviz Əliyev

visiontv.az